Çinin Sıçuan əyalətində güclü leysan yağışları 12 nəfərin həyatına son qoyub.
Leysan nəticəsində daha 10 sakin itkin düşmüş hesab olunur.
Təbii fəlakətlə əlaqədar 7 700-dən çox insan təxliyyə edilib.
Rəsmi məlumatlara əsasən, 9 800 nəfər yüksək risk zonasında qalmaqdadır.
Leysan yağışları əyalətdə nəqliyyat əlaqəsinin pozulmasına gətirib çıxarıb, kənd təsərrüfatına zərər vurub.