Çində koronavirusdan ölənlərin sayı 1000-i ötdü

0
392

Çində koronavirusdan ölənlərin sayı durmadan artır.

Sutka ərzində ölənlərin sayı 108 nəfər artaraq 1016 nəfərə çatıb.

Bu barədə məlumatı ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Hazırda Çində 42638 nəfər bu virusun daşıyıcısıdır.