Çində koronavirus xəstələri üçün daha bir mobil xəstəxana inşa olunacaq

0
543

Çində koronavirusun yeni ştammına (2019-nCoV) yoluxanların sayının çoxalması ilə əlaqədar Uxan şəhərində ikinci mobil xəstəxananın inşası qərara alınıb.

Virusun ən çox yayıldığı Uxanda yaradılmış xüsusi qərargahının qərarına əsasən, 1000 çarpayılıq xəstəxana təxminən 15 günə hazır olacaq.

Qeyd edək ki, yanvarın 23-də Uxanda koronavirusun səbəb olduğu sətəlcəm xəstələri üçün ilk mobil xəstəxananın inşasına başlanılıb. Min çarpayılıq həmin xəstəxananın fevralın 3-də hazır olması nəzərdə tutulub.