Çində 12 saatlıq iş qrafiki qadağan edilib

0
334

Çin şirkətlərinə “996” iş cədvəlindən istifadə qadağan edilib.

“996” iş cədvəli həftədə altı gün 12 saatlıq iş rejiminə verilən addır.

Çin qanunvericiliyinə görə, gün ərzində iş saatı səkkiz saatdan çox davam edə bilməz. İşçinin iş vaxtından əlavə işlədilməsinin əvəzinə kompensasiya ödənilməlidir.

Ancaq texnologiya sektorunda və böyük şirkətlərdə “996” iş cədvəlinə üstünlük verilir.

Çin Ali Məhkəməsi sözügedən məsələ ilə əlaqədar açıqlama ilə çıxış edib.

Belə ki, “996” cədvəlindən istifadəyə dair məhkəməyə edilən müraciətlər işçilərin xeyrinə həll edilib və işəgötürən tərəf cərimələnib.