Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək

0
570

Çin əcnəbilər tərəfindən xristianlığın yayılmasına qarşı mübarizəni sərtləşdirmək niyyətindədir.

Çində yaxın gələcəkdə yeni qaydaların qüvvəyə minməsi gözlənilir. Buna əsasən, xarici müəllimlərin inanclarını icazəsiz təbliğ etmələri qadağan olunacaq.

Bundan əlavə, hökumət qadağan olunmuş siyahıda yer alan yeni dinlərin “pis ibadət praktikaları”nın qarşısını almağı tələb edəcək.

Mütəxəssislər qeyd edir ki, səlahiyyətlilər bu yolla İncilin və xristianlığın sərbəst müzakirəsi üçün son fürsəti əngəlləyirlər.