Çin Tayvana qarşı hərbi əməliyyatlara başlaya bilər

0
259

“Çin Tayvanla sülh yolu ilə birləşmək üçün əlindən gələni edəcək”.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin tərk-silah departamentinin rəhbəri Fu Tsonq deyib.

O bildirib ki, eyni zamanda separatçı əhval-ruhiyyənin qarşısını almaq üçün hərbi tədbirlərə də baş vurula bilər. Lakin nüvə silahından istifadə gündəmdə deyil.

Fu Tsonq Nüvə Silahının Yayılmaması Müqaviləsi üzrə icmal konfransı zamanı hərbi əməliyyatla bağlı fikirlərini bildirib.

“Biz separatçı potensialı cilovlamaq üçün hərbi yola baş vura bilərik. Buna səbəb məsələnin daha da dərinləşməsinin qarşısını almaqdır”, – deyə o qeyd edib.

O, həmçinin “ABŞ-a qarşı güclü əks-tədbirlərin görüləcəyini” də vəd edib.