Çinin “Çançjen 3B” daşıyıcı raketi kosmik gəmilər üçün məlumat ötürmə xidmətləri göstərmək üçün bazar günü “Tianlian II-05” rabitə peykini uğurla orbitə çıxarıb.
Bu barədə “People’s Daily” nəşri xəbər verib.
Məlumata əsasən, raketin peyklə birgə buraxılışı Pekin vaxtı ilə saat 23:54-də Çinin cənub-qərbindəki Sıçuan əyalətindəki Siçan kosmodromundan həyata keçirilib. Peyk təyin olunmuş geosinxron orbitə daxil olub.
O, pilotlu kosmik gəmilərin, milli kosmik stansiyanın və müxtəlif peyklərin orta və aşağı orbitdə uçuşları zamanı məlumatların ötürülməsi, izlənilməsi və idarə edilməsi, habelə buraxılışlar zamanı telemetriyanın izlənilməsi üçün nəzərdə tutulub.