Çin qripindən necə qorunmalı?!

0
578

Ağ Sufi Ocağinın gizli elmindən hissələr İranın Azərbaycan tərəfinə qədər gələn Çin qrip virusunun Lənkəran – Biləsuvar, Naxçıvan bölgələrinə yayılması, güman ki, qaçılmazdır: Təbiət sərhəd tanımaz!

Bu bəladan qurtulmaq üçün həyat təhlükəsizlik qaydalarına mütləq riayət edin:

1. İmmuniteti artıran qidaları qəbul edin – vitaminlərlə bol göyərti və meyvə-tərəvəzlə qidalanın: bütün bunları sirkə qatılmış suyla yuyun!

2. Tibbi maska, tibbi spirt, yod, maye sabun, zökəmə qarşı dərmanlardan ibarət ehtiyat tutun!

3. Soyuqdan qorunun: lazım olmadıqda, çölə çıxıb başqaları ilə təmasa girməyin! Toy, yas, kütləvi şənlik və adamlarla bol olan bazara getməkdən çəkinin!

4. İmkan daxilində çimməkdən və duş qəbul etməkdən çəkinin! İsti alt paltar geyinin! Ayaqlarınızı isti saxlayın!

5. Yeməkdə təzə və baş sarımsaq, həmçinin baş soğandan bol istifadə edin! Səhər tezdən və axşam bir dilim sarımsaq udun.

6. Əlinizin tez-tez 72 faizlik paltar sabununla, ardıyca maye sabunla yuyun və sonra spirt, yaxud şirkə ilə sürtün!

7. Ət xörəkləri əvəzinə, balıq, toyuq, yumurta, lobya-mərci yeyin! Süd və ağartı məhsulları, ayran və qatıqdan bolluca istifadə edin!

8. Həlimində bişirilən daşma plovdan tez-tez qarnir kimi istifadə edin. Boyat çörəkdən və yeməklərdən imtina edin!

9. Yad adamlarla əl təmasından qaçın! Kimlərinsə yanaqlarına toxunmaq, öpüşmək və intim yaxınlıqdan vaz keçin. İmkan daxilində başqalarıyla təmasda olduğunuz zaman qarşıdakı insandan, ən azı, 1 metr uzaq məsafədə durun!

10. Limon, qrefrut, narıngi, portağal, banan, alma, kivi, zeytun, nar, quru meyvələr, həmçinin, qara və ağ kişmiş, eləcə də zoğal, moruq və böyürtikan mürəbbəsi, yaşıl çay kimi qidalardan yetərincə istifadə edin!

Aydın Xan Əbilov

İNK-nın baş katibi, yazıçı-kulturoloq