Çin qələbəni dünyaya elan edəcək – Epidemiya sona çatdı

0
518

Uhanda tətbiq edilən karantin rejimi 8 aprel tarixində tamamən ləğv ediləcək.
Bu barədə Çinin İstanbuldakı baş konsulu Cui Vey deyib.
O bildirib ki, 77 günlük qətiyyət və mübarizə nəhayət ki, sona çatacaq:
“Yantszı çayı sahilində, Şərq Gölü kənarında, Sakura çiçəkləri altında qəhrəman Vuhan xalqı bu gözəl bahar mənzərəsində epidemiyanı məğlub etdiyini və zəfər qazandığını bütün dünyaya elan edəcək”.