Çin peyvənd sınaqlarını Rusiya ilə birlikdə keçirəcək

0
561

Məşhur çinli virusoloq Çjun Nanşan Çin və Rusiyanın koronavirus infeksiyasına qarşı peyvəndlərin birgə sınaqlarını keçirməyi planlaşdırdığını bildirib.

Bunu koronavirusla mübarizəyə dair Çin-Rusiya tibbi konfransındakı çıxışında bildirib.

Akademikin fikrincə, Rusiya ölkədə virusdan ölənlərin sayının aşağı səviyyədə qalmasını təmin edə bilib:

“Bu baxımdan pandemiya şəraitində Rusiyanın təcrübəsini öyrənmək lazımdır”, – Nanşan bildirib.