Çin odla oynayır: Tayvan müharibəsi qaçılmazdır?

0
16

Tayvan adası ətrafında Çinə məxsus 61 hərbi təyyarə və 10 gəmi aşkar edilib.

Bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, J-16 döyüş və KJ-500 erkən xəbərdarlıq təyyarəsi də daxil olmaqla təyyarələrdən 52-si Tayvan boğazında tərəflərin təsir dairələrini ayıran xətti keçib. Həmçinin Tayvan tərəfindən “Havadan Müdafiə Zonası (IADIZ)” elan edilən ərazidə uçuşlar həyata keçirilib.

Adanın ətrafında Çin donanmasına aid 9 döyüş və 1 rəsmi gəminin təsbit edildiyi, Tayvan ordusunun vəziyyəti izlədiyi və reaksiya verdiyi də bildirilib.

Qeyd edək ki, Çinin öz ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Pekin son illərdə Tayvana hərbi təzyiqləri artırıb.