ABŞ rəsmi Pekini hövsələdən çıxardı: “Siyasi viruslar koronovirusdan daha təhlükəlidir”
Çinin dövlət xəbər agentliyi “Xinhua” yazır ki, Amerika mediası və bəzi məsuliyyətsiz şəxslər absurd iddia irəli sürüblər. Onlar deyir ki, Covid-19 virusu Çindən dünyaya yayıldığına görə rəsmi Pekin bütün dünyadan üzr istəməlidir.
Agentlik hesab edir ki, “siyasi virus”un nümunəsi sayıla biləcək bu kimi iddialar Covid-19 virusundan daha təhlükəlidir. Bu kimi iddialar xurafat, təkəbbür və cəhalətdən başqa bir şey ortaya qoymur.
Bu cür absurd arqument Çin xalqını kədərləndirir və epidemiya qarşısında beynəlxalq əməkdaşlığa qarşı çıxır.
Mütəxəssislər bildirir ki, epidemiya ilk dəfə Çində qeydə alınıb, lakin bu, virusun mütləq şəkildə Çində yaranması anlamına gəlmir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəfələrlə bildirmişdi ki, Covid-19 qlobal fenomendir və bu virusun mənbəyi hələ də müəyyən edilməyib.
Ancaq həqiqətlərə məhəl qoymayan, siyasi maraqları ictimai maraqlardan və elmdən üstün tutan, şayiələr yayan və ideoloji xurafat, hətta irqi ayrıseçkilik və ksenofobiyaya təhrik edən insanlar var.
Virus heç bir sərhəd tanımır. Dünyadakı insanların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün Çin xalqı böyük fədakarlıqlar göstərir və bu problemin həllinə böyük töhfələr verir.
Bu virus ortaya çıxan vaxtdan bəri, Çin epidemiyaya qarşı ön planda mübarizə aparır. Epidemiya haqqında məlumat və əldə olunan təcrübənin dünyanın digər ölkələri ilə bölüşmək Çinin əsas hədəfi olub.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus martın 5-də İsveçrənin Cenevrə şəhərində brifinqdə çıxış edərkən bildirirb ki, virusun episentri olan 11 milyon nəfərin yaşadığı Uhan şəhərinin bir aydan çox bir müddətdə qapalı vəziyyətdə saxlanılması asan məsələ deyildi.
Covid-19 hər hansı bir ölkənin deyil, bəşəriyyətin virusudur.
Agentlik bildirir ki, kiçik bir sızma böyük bir gəmini batıra bilər. Epidemiya qarşısında bizə lazım olan şey bir ölkəni ləkələmək və ya bir ölkəyə hücum etmək deyil, problemə rasional və elm şəkildə yanaşmaqla ümumi səyləri birləşdirməkdir.
Bunlar ümumi düşmənimizə, yəni virusa qarşı ən güclü silahdır.
Dünya xalqlarından üzr istəməsinə borcu olan birisi varsa o, Çin xalqının epidemiyaya qarşı səylərini ləkələyən və qlobal həmrəyliyi təhlükə altına alan “siyasi virus” yayanlar olmalıdır…