Çin hakimiyyəti uşaqlara gündə 1,5 saatdan çox videooyun oynamağı qadağan edib

0
448

Çin hakimiyyəti ölkədə videooyun bazarını məhdudlaşdıran yeni qanun paketi qəbul edib. Çinin hökumət nümayəndələrinin sözlərinə görə, qanun paketi uşaqların videooyunlardan asılılığını azaltmaq üçün qəbul edilib.

Çinli yeniyetmələr iş günləri 1,5 saat və istirahət günü isə 3 saat videooyunlar oynamaq imkanına malikdirlər. Bundan başqa, ölkə hakimiyyəti axşam saat 22:00-dan səhər 08:00-dək oyunlardan istifadəni qadağan edib.

Bu qanunun icrasına nəzarət mexanizmi hələ ki məlum deyil. İndi Çin sakinləri videooyunlarda qeydiyyatdan keçmək üçün öz həqiqi adlarını və telefon nömrələrini yazmalıdırlar, ancaq yeniyetmələr əksər hallarda bu məqsədlə valideynlərinin telefonundan istifadə edirlər.

Həmçinin Çin hakimiyyəti yeniyetmələr tərəfindən onlayn oyunlarda öz hesablarına köçürülən pul məbləğinin miqdarını məhdudlaşdırıb. İndi 16 yaşına çatmamış oyunçular öz hesablarına aylıq 29 dollar, yaşı 16-dan 18-dək olanlar isə 57 dollar köçürə bilərlər.

Videooyun bazarının mütəxəssislərinin qənaətincə, belə yeniliklər videooyun istehsalçılarına zərər vuracaq.