Çin aviasiya sənayesi korporasiyası dünyanın ən böyük “AG600” amfibiya təyyarəsinin kütləvi istehsalına keçdiyini rəsmən elan edib.
Bu barədə KP.ru nəşri məlumat verib.
Məlumata görə, müvafiq lisenziya iyunun 11-də alınıb və bu, kütləvi istehsala yol açıb.
Yeni təyyarənin ölçüləri heyranedicidir: uzunluğu 38.9 metr, hündürlüyü 11.7 metr, qanadlarının uzunluğu 38.8 metrə çatır. Ölçü baxımından “AG600” standart dar gövdəli laynerləri üstələyir. Texniki xüsusiyyətlərə 60 tonluq maksimum uçuş çəkisi və 4500 km-ə qədər uçuş məsafəsi daxildir.
“AG600″ün əsas məqsədi meşə yanğınlarını söndürmək (12 ton su daşıya bilir) və suda xilasetmə işləri aparmaqdır. Bununla yanaşı, konstruksiyası digər vəzifələri yerinə yetirmək üçün sürətli yenidən təchizat imkanı da verir: dəniz mühitinin monitorinqi, sərnişinlərin və yüklərin aparılması və faydalı qazıntıların kəşfiyyatı.