Pekin Kosmik Gəmiqayırma Mühəndisliyi İnstitutunun alimləri asteroidlərdən qorunmaq üçün nüvə silahının yaradılmasına çağırıblar.
Bu barədə “South China Morning Post” məlumat yayıb.
“Tədqiqatçılar dedilər ki, onların təhlili göstərir ki, bəzi hallarda yalnız nüvə silahları asteroidin Yerlə toqquşmasına mane ola bilər”, – nəşr qeyd edir.
Eyni zamanda, elm adamları qərar qəbul edənləri uzunmüddətli düşünməyə və bəşəriyyət üçün qiyamət təhlükəsinin qarşısını almaq üçün nüvə müdafiəsi sahəsində tədqiqat və inkişafa dəstək verməyə çağırıblar.
Alimlərin vurğulayıb ki, planetimizin böyük asteroidlə toqquşmasının real riski əvvəlki hesablamalarla müqayisədə xeyli yüksəkdir. Onların fikrincə, bu cür təhlükələrin qarşısını almaq üçün çox qısa müddət ərzində, yəni yeddi gündən otuz günə qədər kosmosa nüvə başlıqları buraxmaq lazımdır.