Mingəçevir şəhərində azyaşlı qızın hamilə olduğu üzə çıxıb.
7 aylıq hamilə olan 15 yaşlı Ə.A. dünən səhər çağırış əsasında Mingəçevir Su anbarı hövzəsindəki çimərlikdən həkim briqadası tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərək Doğum şöbəsinə yerləşdirilib.
Onun üzərində kimliyini təsdiq edən hər hansı sənəd olmayıb. Müayinə zamanı azyaşlı qızın 7 aylıq hamilə olduğu müəyyən edilib. Özünü Gəncə sakini kimi təqdim edən qız Mingəçevirdə kafelərdən birində işlədiyini, ailə qurmadığını, atasının olmadığını, anasının isə Gəncədə yaşadığını deyib. O, tibb işçilərinin müşayiəti və xəstəxanaya məxsus təcili tibbi yardım maşını ilə Gəncə şəhər Regional Perinatal Mərkəzə göndərilib.
Perinatal Mərkəzdən bildirilib ki, hamilə qız artıq doğuş keçirib. Doğuş vaxtından əvvəl olub, normal keçib.
Qızın ailə üzvləri və yaxınlarının tapılması üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.