CHP zəlzələ bölgəsində biabırçılıq edir

0
151

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin baş qərargahından millət vəkilləri və bələdiyyə sədrlərinə videomüraciət ünvanlayıb.

Ərdoğan çıxışı zamanı müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədrlərini sərt tənqid edib.

“CHP bələdiyyələri və müttəfiq QHT-lər zəlzələ bölgəsinə yardımların kəsilməsindən tutmuş, zəlzələ qurbanlarının otellərdən atılmasına qədər hər cür biabırçılıq nümayiş etdirir. Biz bu məsələni (28 may seçkiləri nəzərdə tutulur-red) başa çatdırana kimi zərrə qədər arxayınlıq və boşluq yaratmadan eyni əzmlə işləməyə davam edəcəyik”,- AKP lideri deyib.