CHP İmamoğlununun prezidentliyə namizədliyini RƏSMƏN ELAN ETDİ

0
12

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) prezidentliyə rəsmi namizədinin Əkrəm İmamoğlu olduğunu açıqlayıb.

Bu barədə partiyanın rəsmi sosial media hesabından açıqlama verilib.

“Prezidentliyə namizədimiz Əkrəm İmamoğlu” yazılı şəkillə müşayiət olunana paylaşımda deyilir:

“Yolumuz uzun, həyəcanımız yüksək, gəncliyimiz var!”.

CHP Əkrəm İmamoğlunun yeganə namizəd olduğu seçkidə namizədi müəyyən etmək üçün ilkin seçki üçün 81 əyalət və 973 rayonda 5600 seçki qutusu qurub.

Xatırladaq ki, martın 23-də, İmamoğlunun “korrupsiya” işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün, CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi “həmrəylik məntəqələri” yaradılıb. CHP-nin sədri Özgür Özəl səsverməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. İmamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub.