Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə qurultay keçirəcək.
Bunu partiya sədri Özgür Özəl bildirib.
O, partiyaya qəyyum təyin edilməməsi üçün aprelin 6-da növbədənkənar qurultaya gedəcəklərini açıqlayıb.
Özəl partiya sədri seçkilərində özünün də iştirak edəcəyini təsdiqləyib. O, istəyən hər kəsin namizədliyini irəli sürə biləcəyini xatırladıb:
“Bu, demokratik bir yarış olacaq. Amma mən də seçkilərə gedirəm”.