
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.
XİN rəhbəri bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“5 dekabr – Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram”, – deyə nazir sosial şəbəkə hesabında yazıb.