Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

0
325

Bu ilin 3 dekabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.