
Martın 6-da Xarici İşlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərin inkişafı üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.