Ceyhun Bayramov İranlı həmkarını niyə intizarda saxladı – Texniki səbəbdən, yoxsa hansısa mesaj verildi?

0
408

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra bu ölkənin XİN-də olub. 

İran XİN-dəki görüşdə Azərbaycan nümayəndə heyəti geniş tərkibdə iştirak edib. 

Bir çox məsələlərin müzakirə edildiyi görüşə nümayəndə heyətimizin bir qədər gecikdiyi bildirilir. İran tərəfinin görüşdən əvvəl çəkdirdikləri fotolara da bu gecikmənin yaratdığı ani nigaranlıqlar da əks olunub. Foto-şəkillərdə Cavad Zərifin xeyli düşüncəli və gərgin olduğu, tez-tez saatına baxdığı bütün çılpaqlığı ilə görünür. 

Yeri gəlmişkən, diplomatik münasibətlərdə gecikmə halı yaxşı qəbul edilməsə də, bir çox siyasi liderlər bundan taktiki-psixoloji üstünlük qazanmaq üçün faydalanıblar. Məsələn, SSRİ lideri Stalin bütün görüşlərə ən sonda gəlməyi və başqalarını intizarda qoymağı çox sevirmiş. Dəfələrlə eyni metoddan Rusiya prezidenti Vladimir Putinin də istifadə etdiyi kameralara yansıyıb. Ceyhun Bayramovun da iranlı həmkarını niyə məqsədlə intizarda saxlayıb-saxlamadığını deyə bilmərik. Amma bu gecikmənin texniki səbəbdən, yoxsa hansısa mesajı vermək məqsədilə yaşandığı həqiqətən də maraqlıdır və yəqin ki, indi olmasa belə, yaxın tariximizdə bu müəmmaya aydınlıq gətiriləcək.

Cavad Zəriflə Ceyhun Bayramovun görüşündə hər iki tərəfdən xeyli nümayəndə heyətinin qatılması bu təmasların daha çox işgüzar xarakteri daşıdığı, yaxın günlərdə hansısa önəmli sənədlərin hazırlanması işlərinin getdiyi təəssüratı yaranır.

Məlumata görə, yeni nazirin ən önəmli görüşü İran Ali Milli Təhlükəsizlik Şurasının Katibi Admiral Əli Şamxani ilə keçirilib. Günortadan sonra baş tutan bu görüşdə iki dövlət arasında münasibətlər, regional və beynəlxalq vəziyyətlərlə bağlı bir çox məsələlər müzakirə edilib.