Ceyhun Bayramov: “Ermənistanın revanşist cəhdləri heç bir şəkildə dəstəklənməməlidir”

0
153

“İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu böyük əhəmiyyət kəsb edir:

“Ermənistanın revanşist cəhdlərinin hər hansı bir şəkildə dəstəklənməməsi, bu bölgənin rifahı və sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”.