Ceyhun Bayramov Ermənistana xəbərdarlıq etdi

0
305

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliyə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır.

O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib.

“Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar törədilir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir”, – nazir vurğulayıb.