Ceyhun Bayramov diplomatik yolla Rusiyalı həmkarını “heç-heçə”yə necə razı saldı…?

0
803

Müharibənin baş verməsi diplomatiyanın məğlubiyyəti kimi qəbul edilir. Görünür ki, içindəki erməni sevgisi “fontan vuran” Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrovu işğalçı ölkə əsgərlərinin tikələrinin göydə uçan mənzərəsi  bərk pisikdirib. Nazir sinirə bilmədiyi Ermənistanın məğlubiyyətini  Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşündə öz usulu ilə Azərbaycana dərs vermək istəyib. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun diplomatik göstəricilərindən biri görüşdüyü şəxslərlə əlsıxma zamanı öz əlini üstə çevirməsidir. Bununla da o, “rəqibi ” nokauta salaraq və ondan üstün olduğunu göstərməyə çalışır. Amma Lavrovun nazirimiz Ceyhun Bayramovla son görüşü zamanı bu ənənə pozulub. Belə ki, Bayramovla görüş zamanı Lavrov əlsıxma zamanı öz əlini üst tərəfə fırlatmaq istəyib.

Lakin XİN rəhbərimiz Lavrovun cəhdlərini tez duyaraq, onu üsulluca, yəni diplomatik şəkildə bu üstünlükdən məhrum edib. Nazirimiz əlsıxma zamanı Lavrovun əlini fırladaraq paralel bərabərləşdirib. Belə halla rastlaşan Lavrov dərhal C.Bayramovun əlinə baxır. Diplomatiyada isə bu belə izah olunur. Hüquqlarımız bərabərdir və hər kəs Azərbaycanla hesablaşmalıdır. Beləcə Rusiyanın hüquqlarının, gücünün daha çox olduğuna inanan Lavrov artıq Azərbaycanın  da gücünü gördü. Həm cəbəhədə, həm masada…
Movzuya uyğun olduğunu düşünərək Lavrovun bir neçə görüşlərini təqdim edirik: