Ceyhun Bayramov Çavuşoğlunu təbrik etdi

0
309

Xarici işlər Naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu təbrik edib.

O feysbuk hesabında təbrik mesajı yayımlayıb.

Paylaşımda qeyd edilir: “Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm”.