“Sülh sazişi üzrə Ermənistan tərəfinin təqdim etdiyi paketdə yeni heç nə yoxdur, Ermənistan yenidən danışıqlar prosesinin imitasiyasını yaradır”.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Ceyhun Bayramov həmçinin erməni milyarder Ruben Vardanyanın Qarabağda olmasına da münasibət bildirib.
“Azərbaycan Ruben Vardanyanın Qarabağı tərk etməsini tələb edir. Onun fəaliyyəti cinayətkar-avantürist xarakter daşıyır. Biz hesab edirik ki, buna son qoyulmalıdır. Bu insan regionu nə qədər tez tərk etsə, hər kəs üçün bir o qədər yaxşıdır. Bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Onun regionda peyda olmasına qədər yaxşı əlaqələr, reinteqrasiya ilə bağlı müsbət faktlar vardı”, – deyə C.Bayramov bildirib.