Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı paylaşım edib.
Bu barədə C.Bayramov “Twitter” hesabında yazıb:
“Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!”
Nazir Azərbaycanın mərhum şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən paylaşım da edib:
“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız,
Azərbaycan-Türkiyə”.