Cennifer Lopezdən qüsursuz bədən ŞOU

0
797

Xəbər verdiyimiz kimi, dünən Nyu-Yorkda İncəsənət Muzeyində “MET GALA” kostyum balı keçirilib.

Gecədə bütün gözlər məşhur müğənni və aktrisa Cennifer Lopesə yönəlib. 49 yaşlı dünya ulduzu hər dəfə olduğu kimi bu dəfə də həm pərəstişkar ordusunu, həm də dünya mediasını təəccübləndirməyə müvəffəq olub.

Qalaya idmançı nişanlısı Aleks Rodrigezlə birlikdə gələn heyranedici Ceylo gecə üçün “Versace” moda evindən muncuqlarla və biserlərlə işlənmiş saçaqlı libas seçib. O, obrazını yenə muncuqlardan düzəldilən saçaqlı baş geyimi və “Harry Winston” zərgərlik brendinin qiymətli üzükləri, sırğa, bilərzik və 129,48 karatlıq almaz boyunbağısı ilə tamamlayıb.

49 yaşı olmasına baxmayaraq, hələ də gənc gözəllərə meydan oxuyan sənətçi dərin sinə dekoltesi və yarığı ilə gecənin əsas ulduzu olub.