
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı qollarını açıqlayıb.
Turnirin sosial şəbəkə səhifəsində qolların görüntüləri paylaşılıb.
PSJ-nin hücumçusu Lionel Messinin doğma meydanda “Mançester Siti”nin qapısına vurduğu dəqiq zərbə azarkeşlər tərəfindən birinci yerə layiq görülüb.
200 mindən çox “seçici”nin 22%-i məhz bu qolu bəyənib.
Qeyd edək ki, matç Fransa klubunun 2:0 hesablı qələbəsilə başa çatıb.