Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqiblərinin sayı dördə düşdü

0
622
NYON, SWITZERLAND - JUNE 18: UEFA Head of Club Competitions Michael Heselschwerdt draws out the name of Qarabag during the UEFA Champions League 2019/20 First and Second Qualifying Round draws at the UEFA headquarters, The House of European Football on June 18, 2019 in Nyon, Switzerland. (Photo by Harold Cunningham - UEFA/UEFA via Getty Images)

 

Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatmasından əvvəl UEFA iştirakçı komandaları qruplara bölüb.Qitənin ali futbol qurumu püşkdə iştirak edəcək 34 komandanı 5 qrupa ayırıb.

Bu qruplardan üçündə 6, ikisində isə 8 komanda yer alıb.

Maraqlıdır ki, “Qarabağ” 8 komandalı qrupda səpələnmişlər sırasında yer alıb.

Azərbaycan çempionunun püşkatmadakı potensial rəqiblərinin sayı 4-ə düşüb.

Ağdam klubunun mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıdır.

Səpələnmişlər sırasında “Qarabağ”la bərabər “Astana” (Qazaxıstan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Dinamo” (Tbilisi, Gürcüstan) da qərarlaşıb

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.