Yaxın zamanlarda Rusiyanın Çelyabinsk vilayətinin hava limanlarından beynəlxalq uçuşlar bərpa olunacaq.
Bu barədə qərar koronavirusun yayılması üzrə operativ qərargah tərəfindən qəbul edilib.
Mayın 25-dən etibarən Rusiya bir çox ölkələrlə, o cümlədən də Azərbaycanla mütəmadi hava əlaqəsini bərpa edəcək. Artıq Çelyabinsk-Bakı-Çelyabinsk müntəzəm xətti üzrə marşrut razılaşdırılıb.