Alyaskadakı çaylar və axınlar rəngini dəyişərək təmiz mavidən paslı narıncıya çevrilir. Buna səbəb buzların əriməsi zamanı ayrılan zəhərli metallar olub.
Bu nəticə Kaliforniya Universiteti, Davis və ABŞ Geoloji Xidmətindən olan tədqiqatçıları bir xeyli təəccübləndirib. Onlar Alyaskanın Bruks silsiləsində su yolları boyunca 75 sahədə sınaqlar aparıblar.
“Communications: Earth & Environment” jurnalında dərc edilən araşdırmaya görə, son 5-10 il ərzində ərazidəki çaylar paslanıb, bulanıq və narıncı rəngə çevrilib. Alimlər müəyyən ediblər ki, rəngsizliyə və bulanıqlığa dəmir, sink, mis, nikel və qurğuşun kimi metallar səbəb olur ki, bunlardan bəziləri çay ekosistemləri üçün toksikdir. Çünki əbədi donlar əriyir və su yollarını min illərdir yerin altında qalan minerallara məruz qoyur.
“Biz bunu Kaliforniyanın bəzi yerlərində, mədənçilik tariximiz olan Appalaçia bölgəsinin müxtəlif yerlərində görməyə öyrəşmişik”, – alimlər bildiriblər.
Tədqiqatın həmmüəllifi və ekoloji toksikologiya professoru Brett Poulin bildirib ki, bu, 1850-ci illərdə bəzi mədən qəzalarından sonra 100 ildən çox müddətə məruz qalan kontinental ABŞ-da çaylarda baş verən klassik bir prosesdir.