Çavuşoğlunun Azərbaycan səfərinin proqramı

0
283

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin proqramı açıqlanıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

“Cənab nazir 18-19 fevral 2021-ci il tarixlərində Azərbaycana səfər edəcək. Cənab nazir Bakıda Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək”, – deyə Türkiyə XİN-dən bildirilib.

Türkiyə XİN, həmçinin səfər zamanı Gürcüstanın baş nazirinin müavini – Xarici İşlər naziri David Zalkalianinin də iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli toplantısının da keçiriləcəyini qeyd edib.

“Cənab nazirimiz Gürcüstanın baş nazirinin müavini – xarici işlər naziri ilə ikitərəfli görüş də keçirəcək. Görüşlər zamanı ölkələrimiz arasındakı münasibətlər və regional mövzulara dair yeniliklərlə yanaşı, strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı genişləndirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatlarda müzakirə ediləcək”, – Türkiyə XİN-dən qeyd olunub.