Çavuşoğlu: “Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”

0
181

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovina, Ukrayna, Suriya, Liviya və Qafqazda Türkiyənin apardığı aktiv siyasətin bütün dünyanın xeyrinə nəticələndiyini bildirib.

Bu barədə o, yaponiyalı jurnalistlərlə görüşündə deyib.

Diplomat vurğulayıb ki, rəsmi Ankara fəal xarici siyasət həyata keçirir:

“Taxıl sazişi”, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi kimi məsələlər, Zaporojye atom elektrik stansiyası və sairəni buna misal gətirmək olar”.