Xəbər verdiyimiz ki, martın 23-də Belçikanın paytaxtı Brüsseldə NATO Xarici İşlər Nazirləri Zirvəsi başlayıb. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu toplantının ikinci gün iclasda iştirak edir.
Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət Katibi Antoni Blinken Brüsseldə bir araya gəlib.
Hər iki dövlət rəsmisi arasında xüsusi görüş keçirib. Bu görüş Co Bayden rəhbərliyi ilə Ankara arasında ilk təmas olacaq.
Qeyd edək ki, Blinken dünən qatıldığı zirvə toplantısında Türkiyə ilə bəzi mövzularda fikir ayrılığı yaşadıqlarının sirr olmadığını söyləmişdi.