Çavuşoğlu: Ermənistanın sülhdə maraqlı olması üçün cəhdlərimiz davam edəcək

0
195

“Cənubi Qafqazda barış və rifah üçün Ermənistanla normallaşma prosesi aparırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) komitə iclasında deyib.

O qeyd edib ki, Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhdə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək.