Çavuşoğlu: “Diaspor Ermənistanla normallaşma prosesini dəstəkləmir”

0
292

“Türkiyənin Ermənistanla münasibətlərində qəti addımlar atılacaq”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflər arasında etimadı artıracaq addımlar da atılır.

Çavuşoğlu eyni zamanda vurğulayıb ki, diasporun bir hissəsi normallaşma prosesini dəstəkləmir.

“Söhbət xüsusilə Amerika və Fransadakı diaspordan gedir”, – deyə türkiyəli nazir bildirib.