Çavuşoğlu Blinkenlə Əfqanıstandakı vəziyyəti müzakirə etdi

0
316

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinken ilə Əfqanıstandakı son hadisələri müzakirə edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

“Blinken bu gün Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə telefonla danışdı. Əfqanıstanda davam edən əməkdaşlığımız və vətəndaşlarımızın, müttəfiqlərimizin və ortaqlarımızın təhlükəsiz və nizamlı olaraq təxliyəsini təmin etmək üçün göstərdiyimiz səylər müzakirə edildi”, – deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Digər tərəfdən, Blinken özü də bu telefon danışığı barədə “Twitter” hesabında yazaraq vurğulayıb ki, “Türkiyə NATO-nun əhəmiyyətli bir müttəfiqi və bölgədə çox dəyərli bir tərəfdaşıdır”.