Çavuşoğlu: Azərbaycanla Ermənistan sülh sazişinin əsas prinsiplərini razılaşdırıb

0
167

Azərbaycanın Qarabağ zəfərindən sonra önəmli bir fürsət ortaya çıxdı.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TVNET kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə münasibətlərin normallaşdırılması mövzusunda da səmimidir.

Nazir, indiki vəziyyətdə Cənubi Qafqazda stabilliyin son dərəcə vacib olduğunu qeyd edib: “Amma təbii ki, Ermənistanın yaşadığı travmalar var. Biz 30 il ərzində işğal etdiyi torpaqları özününkü hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitdi, bundan sonra Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Ermənistan anlamalıdır ki, burada davamlı sülh üçün addımlar atmaq lazımdır”.

XİN rəhbəri əlavə edib ki, son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: “Azərbaycan ilə Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var, bunu həyata keçirmək lazımdır”.