“Xəzər dənizindəki “Dostluq” yatağında Türkmənistanla Azərbaycan arasında əldə olunan razılaşmadan çox xoşbəxtik”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğludeyib.
Çavuşoğlu bildirib ki, Türkiyə türkmən qazının ölkəyə gətirilməs və buradan Avropaya çatdırılması üçün üzərinə düşən işləri görməyə hazırdır.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılmışdı.