Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bəyan edib.
Çavuşoğlu, bununla yanaşı bildirib ki, Azərbaycan “İslam Səkkizliy”inə (D8) üzv olmaq üçün müraciət edib.
“Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Bizə D-8-i D-20 etmək lazımdır. İndi Azərbaycan da müraciət edib. Təsisçisi və mühüm aktorları olduğumuz bütün regional təşkilatları qlobal aktora çevirəcəyik”, – türkiyəli nazir vurğulayıb