“Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda sülh imkanı yarandı. Hərtərəfli sülh sazişi üçün danışıqlar davam edir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə Ketrin Kolonna ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. Tədbir türkiyəli nazirin “Twitter” səhifəsində yayımlanıb.
Görüş zamanı Cənubi Qafqazla yanaşı, Liviya və Ukraynadakı vəziyyət, eləcə də digər regional problemlər də müzakirə olunub.