Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi

0
418

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə M.Çavuşoğlunun “Twitter” hesabında Azərbaycan dilində paylaşım edilib:

“Can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycan bu gün Qafqazın parıldayan güclü ulduzu olub. Ümummilli lider cənnət məkan Heydər Əliyevin yolunda daha gözəl illərə!”