Çavuşoğlu 15 dənizçini hava limanında QARŞILADI

0
393

Dəniz quldurları tərəfindən girov götürülən “MV Mozart” gəmisinin 15 heyət üzvü “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə ilə İstanbula gətirilib.

Gəmiçiləri İstanbul hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, yanvarın 23-də “MV Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin mühəndisi olmuş həmyerlimiz Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.