Cavid Qurbanov Azərbaycanda dəmir yollarında çalışanların əməkhaqlarından danışdı

0
585

Bu gün Azərbaycanda dəmir yollarında çalışanların əməkhaqlarında artım var.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanovun sözlərinə görə, 2015-ci ildən bu günə qədər işçilərin əməkhaqqında 95 faiz artım var:

“2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 120-130 manata qədər olubsa, bu gün bu rəqəm 583 manat olub. Ancaq bu son deyil. Maaşların artımı davam edəcək. Hazırda dəmir yollarında 20 minə qədər insan çalışır. Dəmir yolunda yeni, gənc və peşəkar kadrlara üstünlük verilir, hər bir sahədə islahatlar aparılır”.

C.Qurbanov bildirib ki, bu gün dəmir yollarında orta sürət 55 km üzərindədir:

“Bu gün dəmiryolları sürətlə inkişaf edir. Dəmir yollarında orta sürətin əldə edilməsi üçün 2015-ci ildən bəri xeyli işlər görülüb”.