Cari ilin Yanvar-sentyabr aylarında 163 min şəxsə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) verilib və elektron qaydada fərdi hesab açılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşıb və fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edib. İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsinin (SSN) açılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proaktiv xidmətlərindən biridir.
Bu xidmət vətəndaşa heç bir yerə müraciət etmədən, əmək müqaviləsi bildirişi qeydə alındıqda real vaxt rejimində təqdim olunur.