Canavar sürüsü qəfəsdən qaçdı

0
304

Fransanın cənubundakı Montredon şəhərindəki zooparkda 9 canavar qəfəsdən qaçıb.

Hadisə zooparkın ziyarətçilər üçün açıq olduğu günorta saatlarında baş verib.

Yırtıcılar qapalı vəziyyətdən qaça bilsələr də, zooparkdan çıxa bilməyiblər. Hadisə nəticəsində insanlardan xəsarət alan olmasa da, “təhlükəli davranış” səbəbindən dörd canavar güllələnib. Qalanları isə qəfəslərinə qaytarılıb.

Canavar sürüsü qaçdıqdan sonra təhlükəsizlik məsələləri həll olunana qədər zoopark müvəqqəti olaraq bağlanıb.

Qeyd edilir ki, zooparkın bağlanması ilk dəfə deyil. 

Ötən ilin oktyabrında Fransanın Ekologiya və Davamlı İnkişaf Nazirliyi “heyvanların rifahı və personalın təhlükəsizliyi” naminə onun işini müvəqqəti olaraq qadağan etmişdi, lakin bir neçə gün sonra məhkəmə bu qərarı ləğv etdi və zooparkın fəaliyyətini davam etdirməsinə icazə verdi.