“Caliber”: Yeni zirvələrə doğru – VİDEO

0
154

44 günlük müharibəyədək Yeni il ərəfəsində ən çox səslənən arzu növbəti ili Qarabağda, Şuşada qarşılamaq idi.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

“II Qarabağ müharibəsinədək ötən 28 il ərzində əzəli torpaqlarından didərgin düşmüş hər bir azərbaycanlı ailənin dolabında doğma evinin açarı saxlanılırdı. Və yağı tapdağı altında kimsəsiz qalmış evlər də öz əsl sahiblərini gözləyirdi. Əksər hallarda həmin evlər öz sahiblərinə qovuşmadan erməni vandalları tərəfindən dağıdıldı. Amma evləri dağıtmaq, özgə əmlakını – pəncərə çərçivələrini, qapıları dam örtüklərini çıxarıb satmaq olar. Lakin toprağı özünlə apara bilməzsən”, – deyə videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində: